15:27 26.11.2024
Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində əməkdaşlıq qurulub. ASA-dan verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Şimali Kipr Sığorta vəTəkrarsığorta Şirkətləri Birliyi arasında memorandum imzalanıb.Memoranduma əsasən, tərəflər arasında kadr, təcrübə və məlumat mübadiləsi,yeni ortaq məhsul strategiyalarının formalaşdırılması, iki ölkə arasında təkrarsığorta əlaqələrinin qurulması yönündə əməkdaşlıq istiqamətləri müəyyən olunub .Bu əməkdaşlıq istiqamətləri arasında, Türk Dünyası Sığorta Birliyinin(TDSB) Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasınıntəşkilatçılığında TDSB-də müşahidəçitəşkilat olan Şimali Kipr Sığortavə Təkrarsığorta Şirkətləri Birliyinin iştirakı da yer alıb. Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasınıntəşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycanın sığorta sahəsindəəməkdaşlıq etdiyi ölkələrin sayı 9-a çatıb.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.